Qeyd olmusunuz və Firefoxunuza hər yerdən, hər zaman daxil ola bilərsiz.
Firefox səyyahınızı telefon, tablet və ya kompüterdə hər işlətdiyinizdə əlfəcin, şifrə, vərəq və daha bir çox məlumatlarınızı əlçatan etmək üçün Sinxronlaşdırın.
Görünür Firefoxun köhnə versiyasını işlədirsiniz.
Yeni Sync Firefoxun ancaq son versiyaları ilə çalışır
Sync Firefox ilə bərabər əldə etdiyiniz bir çox böyük özəlliklərdən biridir.
E-poçtunuzu yoxlayıb təsdiq linkinə kliklədikdən sonra hər şey hazır olacaq. Firefox ondan sonra avtomatik arxa tərəfdə sinxronlaşacaq.
E-poçtunuzu yoxlayıb təsdiq linkinə kliklədikdən sonra davam etməyə tam hazır olacaqsız! Sync-dən daha yaxşı faydalanmaq üçün digər cihazlarınızı da ona bağlamağı unutmayın.
Siz özünür harada Firefoxun hansı hissələri sinxronlaşdırmaq istədiyinizi seçirsiniz. Açıq vərəqlərinizi hər zaman yanınızda tutun. Əlfəcinlərinizi ofisinizdə də açın. Hər şey, hər vaxt, hər yerdə.
İş stolunuzdan divana heç bir detalı qaçırtmadan keçin. Açıq vərəqlərinizi telefonunuzda görün, və ya əlfəcinləriniz üzərindən səyahəti tabletinizdə davam edin.
Bütün vacib məlumatlarınıza bağlı qalın. Hər an sizə lazım ola biləcək şifrə və əlfəcinlərinizi sinxronlaşdırın. Firefox kimi bu da ola biləcəyi qədər təhlükəsizdir.
Sevimli saytlarınızla bağlı qalın və ya evdə başladığınız hekayəni bitirin — hara gedirsizsə gedin. Sync ilə heç belə asan olmamışdı.